Milli Şuranın prezidentliyə vahid namizədi müraciət qəbul edib.
“Milli Şura hakimiyyətin özbaşınalığı ilə aktiv mübarizəni davam etdirməli, xalqın iradəsi ilə hesablaşmağa məcbur etməlidir”
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Milli Şura üzvlərinə müraciət edib. Müraciətdə deyilir:
“Qarşıdan gələn seçkilərdə mənim vahid namizədliyimi irəli sürdüyünüzə görə Sizə minnətdarlığımı bildirir və bu qərarın mənim üzərimə hansı məsuliyyəti qoyduğunu yaxşı dərk edirəm.
Seçkilərdə qələbə çalacağımız təqdirdə yerinə yetirilməsi vacib olan öhdəliklərlə yanaşı, seçki öncəsinə aid bir sıra tələblər də var ki, bunlar barədə vaxtaşırı kütləvi informasiya vasitələrində xatırladılır.
Bununla bağlı Sizə bildirmək istəyirəm ki, hələ sovet dövründən məndə qalmış ikinci vətəndaşlıq problemini artıq həll edirəm. Eyni zamanda, planlaşdırdığım kimi, Avropa Komissiyası və Avropa Parlamentində danışıqlar apardıqdan sonra Bakıya dönəcəyəm.
Məlumat verdiyim kimi, ABŞ-da və Rusiyada apardığım, eləcə də Avropada növbəti görüşlərimin əsas məqsədi qarşıdakı prezident seçkilərində daha aktiv beynəlxalq müşahidəyə nail olmaqdır.
Harada, hansı görüşlərdə olmuşamsa, Azərbaycanda dəyərləndirildiyi kimi, Milli Şuranın yaranmasını tarixi hadisə kimi qiymətləndiriblər. Verdiyimiz bəyanatlarda bizim əsas məqs'dimiz, vəzifələrimiz və onlara nail olmaq yolları hər kəsə çox aydın görünür.
İndiki mərhələdə qarşıdakı seçkilərə bizim necə yanaşmağımızın mühüm əhəmiyyəti vardır. Hələ Milli Şura vahid namizədini irəli sürməmişdən əvvəl, Müsavat Partiyası və KXCP özünün başqa namizədlərini müəyyənləşdirmişdilər. Mən bir neçə dəfə bu fikri səsləndirmişəm ki, Milli Şuradan olan vahid namizəd qeydiyyata alınmayacağı təqdirdə, bu qurumda başqa partiya və hərəkatların irəli sürə biləcəyi bir neçə layiqli namizəd vardır. Bu da demokratik qüvvələrə qarşıdakı seçkilərdə iştirakı təmin etmək imkanı yaradacaqdır.
Lakin bu məsələyə başqa yanaşma da var: indiki situasiyada həmin yanaşma mənə daha məqsədəuyğun, ən başlıcası isə daha effektiv görünür. İş elə gətirib ki, Milli Şura vahid namizəd kimi məni göstərib, bu səbəbdən də mənim başqa namizədləri öz iddialarını geri götürməyə çağırmağım etik mülahizələrə görə çətindir. Hər kəs bunu dərk edir ki, demokratik qüvvələr seçkiyə vahid namizədlə getməlidir. Bu halda, Milli Şura və Azərbaycanın demokratik ictimaiyyəti maksimum iradə və qətiyyət göstərməlidir ki, vahid namizəd qeydiyyata alınsın.
Əslində, bu namizədin qeydiyyatına mane olmaq üçün heç bir qanuni əsas yoxdur və ümid edirəm ki, olmayacaq da. Hətta imtina ehtimalı olduğu variantda belə, gerçək demokratik düşərgədən ikinci namizəd olmamalı, Milli Şura isə hakimiyyətin özbaşınalığı ilə aktiv mübarizəni davam etdirməli, onu Azərbaycan xalqının iradəsi, ölkə Konstitusiyası və götürdüyü beynəlxalq öhdəliklərlə hesablaşmağa məcbur etməlidir.
Təkrar edirəm ki, indiki situasiyada bu cür yanaşma daha məqsədəuyğundur və seçkilərdə qələbəyə nail olmağın bəlkə də yeganə düzgün yolu budur. Mənə elə gəlir ki, qaldırdığım bu məsələ ciddi müzakirə tələb edir, bizim hərtərəfli düşünüb, ölçülü-biçili qərar qəbul etməyə vaxtımız var. Əminəm ki, əvvəllər olduğu kimi, Milli Şura bu məsələnin də müzakirəsində bütün fikir və rəylərə diqqətlə yanaşacaqdır”, sənəddə qeyd edilir.