Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı Amerikanın Səsinə müsahibəsində Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov, seçkiqabağı durum, hazırkı prezident, YAP sədri İlham Əliyevin prezidentliyə namizədliyi, YAP sədrinin müavini Mehriban Əliyevanın da prezidentliyə namizəd olacağı ilə bağlı medianın gündəliyində olan məsələ, Milli Şuranın hakim ailənin maliyyə gəlirləri, korrupsiya və rüşvət ittihamları ilə bağlı suallara aydınlıq gətirib.
Müsahibədən seçmələr:
- Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsini sıradan bir hadisə hesab edirik;
- Rüstəm İbrahimbəyov sənədlərini vaxtında təqdim edib qeydiyyatdan keçsə, seçki kampaniyası dövründə Rüstəm İbrahimbəyov və ya onun nümayəndələri ilə seçki proqramı, bütövlükdə istənilən sahədə polemika aparmağa hazırıq;
- Seçkilərdə Rüstəm İbrahimbəyovu özümüz üçün o qədər də ciddi rəqib saymırıq. Hesab edirəm ki, Rüstəm İbrahimbəyov seçkilərdə ən zəif bəndlərdən biri olacaq;
- Rüstəm İbrahimbəyovun namizədliyi köhnə düşüncəlilərin yeni ad altında məqsədlərinə nail olmaq cəhdidir. Milli Şurada olanların əksəriyyəti 1992-1993-cü illərdə hakimiyyətdə olmuş və Azərbaycanı faktiki olaraq iflas vəziyyətinə gətirmiş adamlardır;
- Müxalifət deyəndə niyə yalnız radikalları nəzərdə tutursunuz. Azərbaycanda konstruktiv mövqedə dayanan partiyalar var ki,
onlar da müxalifət partiyalarıdır. Parlamentdə ondan çox partiya təmsil olunur, onların da namizədləri var. Onlar parlamentdə bizi daha kəskin tənqid edir. Onların mətbuatın diqqətindən kənarda qalması o demək deyilmi, mətbuatın bəzi hissəsi radikalların nəzarətindədir;
- Kim namizəd olur-olsun, bu bizim üçün elə də narahatçılıq yaratmır. Biz seçkiyə tam hazır partiyayıq. Bizim liderimiz, partiyamızın sədri, prezidentimiz cənab İlham Əliyevin qələbə çalacağını proqnozlaşdıran çoxlu sorğularımız var;
- Bizim ehtiyat namizəd variantı axtarmağa ehtiyacımız yoxdur. Çünki prezidentimiz o qədər güclü namizəddir ki, onun qələbəsinə şübhəmiz olmadığına görə hansısa ehtiyat variantı axtarmaq ehtiyacında qalmırıq;
- Hər halda YAP sədrinin müavini Mehriban Əliyevanın namizədliyinin olacağı ilə bağlı da fikirlər var?
- Mehriban xanım Milli Məclisin deputatı, YAP sədrinin müavini, Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan cəmiyyətində sevilən, böyük hörmətə malik olan şəxsiyyətdir. Mehriban xanım Azərbaycanda Heydər Əliyev siyasətinin siyasi varisliyinin qorunub saxlanmasında əhəmiyyətli yer tutur. Prezidentimizin ən yaxın silahdaşıdır. O cümlədən, millət vəkili olaraq fəaliyyəti hamının gözü önündədir. Düşünürəm ki, Mehriban xanım YAP sədrinin müavini, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi kimi istənilən vəzifəni yerinə yetirməyə qadir bir şəxsiyyətdir.
- Məsələn,” Eurovision” mahnı müsabiqəsinin keçirilməsində onun təşkilatçılığı hamı tərəfindən yüksək səviyyədə qəbul olundu və bu dünya mediasında da geniş yer tutdu. Bu gün, 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa oyunlarına hazırlıq işlərində onun gördüyü işləri də göstərmək olar. Mədəniyyətimizin beynəlxalq aləmdə təbliği işlərində atdığı addımlar və başqa. Əlbəttə Mehriban xanımın gördüyü işləri bir dəqiqə ərzində sadalamaq mümkün deyil;
- Amma, qurultayda Mehriban xanım da partiyanın sədr müavini kimi iştirak edib və yekdilliklə prezidentimizin namizədliyini irəli sürmüşük. Ayrı-ayrı qəzetlərdə ayrı-ayrı qrupların yaydığı məlumatların əsası yoxdur;
- Kimlərsə bu mövzu ətrafında situasiyanın hansısa bir istiqamətə yönəltməyə cəhd edir, bu mövzunu istismar edir.
- Məsələ hamıya bəllidir və hamı da bilir ki, namizəd prezident İlham Əliyevdir. Bunun yayanlar da, deyənlər də başqa məqsəd güdür. Ola bilər, bəziləri bunu həddindən artıq Mehriban xanıma məhəbbətdən, inamdan irəli gələrək deyirlər;
- El arasında bir deyim var, “Elin sözü əvvəl aşır düz olur, düz olur”. Hər halda bir söhbət olmasa idi, bu ortaya çıxmazdı?
- Elin sözü əvvəl-axır düz olar. Amma bu məsələlərə aid deyil. Bu böyük bir siyasi məsələdir, taleyüklü bir məslədir.
- Amma, Xalq Cəbhəsi hakimiyyətə gəlməmişdən qabaq da el arasında deyirdilər ki, Heydər Əliyev hakimiyyətə gəlir. Düz oldu...
- O proses yadımdadır, bəli. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gələcəyi barədə fikirlər var idi və bu özünü doğrultdu. Çünki Heydər Əliyevin hakimiyyətə gəlməsi tarixi zərurətə çevrildi.
- Bu gün prezidentimiz İlham Əliyev Azərbaycanı günbəgün möhkəmləndirir. Mən başqa bir nüansa toxunmaq istəyirəm. Cəmiyyətdə Mehriban xanıma məhəbbətin bu cür yanaşması var. Biz bunu görürük. Sevgi var, dəstək var ona və sair. Bu sevgi, dəstək elə prezidentimizə aiddir;
- Hansısa bir insan ürəyində Mehriban xanımın Azərbaycanın dövlət başçısı olmasını istəyirsə, əlbəttə Mehriban xanım iştirak etmədiyi halda onun səs verəcəyi şəxs İlham Əliyevdir. Bunun özü də bizim müsbət göstəricimizdir. Baxın cəmiyyət bütövlükdə İlham Əliyevə Mehriban Əliyevaya istinad edir. Onların dövləti idarə etməsinə istinad edir. Mehriban Əliyevanı səmimiyyətdən istəyənlər vardır. Bu adamlar gələcəkdə cənab prezidentə səs verməyəcək? Onlar da cənab prezidentə səs verəcək. Bu bizim yüksək göstəricimizdir. Cəmiyyət İlham Əliyevi, Mehriban Əliyevanı istəyir;
- İnsanlar hakimiyyətin dəyişilməsi ilə bağlı fikir söyləmir. İnsanlar İlham Əliyevin siyasətinin davam etdirilməsi ilə bağlı fikir söyləyir;
- Milli Şuranın respublika Prokurorluğuna, Milli Məclisə, Mərkəzi Seçki Komissiyasına müraciətini hüququ baxımdan anormal hesab edirəm. Ümumiyyətlə onların öhdəlik proqramı var, onun özü də hüquq baxımdan çox anormal və bəsit bir sənəddir;
- Müxalifətin radikal qanadı eyni valı 20 ildir fırlayır, eyni saqqızı 20 ildir çeynəyir. Hesab edirəm bu çürümüş saqqıza, çürümüş söhbətə fikri vermək lazım deyil;
- Bunların dediklərinin hamısı yalandır, əfsanədir. Prezidentimizin ictimai-siyasi fəaliyyəti, gəlirləri hamısı şəffafdır.
Müsahibədən seçmələr:
Rüstəm İbrahimbəyov seçkilərdə ən zəif bəndlərdən biri olacaq;
- Rüstəm İbrahimbəyov sənədlərini vaxtında təqdim edib qeydiyyatdan keçsə, seçki kampaniyası dövründə Rüstəm İbrahimbəyov və ya onun nümayəndələri ilə seçki proqramı, bütövlükdə istənilən sahədə polemika aparmağa hazırıq;
- Seçkilərdə Rüstəm İbrahimbəyovu özümüz üçün o qədər də ciddi rəqib saymırıq. Hesab edirəm ki, Rüstəm İbrahimbəyov seçkilərdə ən zəif bəndlərdən biri olacaq;
Rüstəm İbrahimbəyovun namizədliyi köhnə düşüncəlilərin yeni ad altında məqsədlərinə nail olmaq cəhdidir.
- Müxalifət deyəndə niyə yalnız radikalları nəzərdə tutursunuz. Azərbaycanda konstruktiv mövqedə dayanan partiyalar var ki,
Müxalifət deyəndə niyə yalnız radikalları nəzərdə tutursunuz..
- Kim namizəd olur-olsun, bu bizim üçün elə də narahatçılıq yaratmır. Biz seçkiyə tam hazır partiyayıq. Bizim liderimiz, partiyamızın sədri, prezidentimiz cənab İlham Əliyevin qələbə çalacağını proqnozlaşdıran çoxlu sorğularımız var;
İlham Əliyevin qələbə çalacağını proqnozlaşdıran çoxlu sorğularımız var.
- Hər halda YAP sədrinin müavini Mehriban Əliyevanın namizədliyinin olacağı ilə bağlı da fikirlər var?
Mehriban xanım Azərbaycanda Heydər Əliyev siyasətinin siyasi varisliyinin qorunub saxlanmasında əhəmiyyətli yer tutur.
- Məsələn,” Eurovision” mahnı müsabiqəsinin keçirilməsində onun təşkilatçılığı hamı tərəfindən yüksək səviyyədə qəbul olundu və bu dünya mediasında da geniş yer tutdu. Bu gün, 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa oyunlarına hazırlıq işlərində onun gördüyü işləri də göstərmək olar. Mədəniyyətimizin beynəlxalq aləmdə təbliği işlərində atdığı addımlar və başqa. Əlbəttə Mehriban xanımın gördüyü işləri bir dəqiqə ərzində sadalamaq mümkün deyil;
- Amma, qurultayda Mehriban xanım da partiyanın sədr müavini kimi iştirak edib və yekdilliklə prezidentimizin namizədliyini irəli sürmüşük. Ayrı-ayrı qəzetlərdə ayrı-ayrı qrupların yaydığı məlumatların əsası yoxdur;
- Kimlərsə bu mövzu ətrafında situasiyanın hansısa bir istiqamətə yönəltməyə cəhd edir, bu mövzunu istismar edir.
Məsələ hamıya bəllidir və hamı da bilir ki, namizəd prezident İlham Əliyevdir.
Elin sözü əvvəl-axır düz olar. Amma bu məsələlərə aid deyil.
- Elin sözü əvvəl-axır düz olar. Amma bu məsələlərə aid deyil. Bu böyük bir siyasi məsələdir, taleyüklü bir məslədir.
- Amma, Xalq Cəbhəsi hakimiyyətə gəlməmişdən qabaq da el arasında deyirdilər ki, Heydər Əliyev hakimiyyətə gəlir. Düz oldu...
Çünki Heydər Əliyevin hakimiyyətə gəlməsi tarixi zərurətə çevrildi.
- Bu gün prezidentimiz İlham Əliyev Azərbaycanı günbəgün möhkəmləndirir. Mən başqa bir nüansa toxunmaq istəyirəm. Cəmiyyətdə Mehriban xanıma məhəbbətin bu cür yanaşması var. Biz bunu görürük. Sevgi var, dəstək var ona və sair. Bu sevgi, dəstək elə prezidentimizə aiddir;
Bu sevgi, dəstək elə prezidentimizə aiddir;
Onlar da cənab prezidentə səs verəcək. Bu bizim yüksək göstəricimizdir.
- Milli Şuranın respublika Prokurorluğuna, Milli Məclisə, Mərkəzi Seçki Komissiyasına müraciətini hüququ baxımdan anormal hesab edirəm. Ümumiyyətlə onların öhdəlik proqramı var, onun özü də hüquq baxımdan çox anormal və bəsit bir sənəddir;
Müxalifətin radikal qanadı eyni valı 20 ildir fırlayır, eyni saqqızı 20 ildir çeynəyir.
- Bunların dediklərinin hamısı yalandır, əfsanədir. Prezidentimizin ictimai-siyasi fəaliyyəti, gəlirləri hamısı şəffafdır.