Bostonda marafon zamanı bomba partlayışlarından sonra Kreml və Ağ Ev kəşfiyyat məlumatlarının bölüşdürülməsi sahəsində daha effektiv iş aparmağa söz verib. Tərəflər kəşfiyyat sahəsində nəzərdən qaçırılmış məsələlər ətrafında müzakirələr aparır.
Keçən həftə Boston şəhərində iki çeçen gənc marafon zamanı bomba partalyışı törətdi. Rusiya və ABŞ-ın təhlkəsizlik ekspertləri iki il ərzində siqnalların olmasına baxmayaraq, hücumların necə baş tutduğu məsələsi ətrafında müzakirə aparır.
Rusiya təhlükəsizlik xidmətini araşdıran Agentura.ru agentliyinin başçısı Andrey Soldatov deyir ki, həssas informasiyanın bölüşdürülməsi məsələsinə gəldikdə Rusiya və Amerika bu sahədə o qədər yaxşı iş görmür.
Nyu York universitetinin professoru Mark Qaliiotti Rusia və Amerika təhlükəsizlik xidmətlərini araşdıran tədqiqatçı alimdir. “Kəşfiyyat məlumatlarını bölüşdümək üçün hər hansı bir ölkəni xoşlamaq vacib deyil”-deyə o bildirir.
Bu açıq müzakirə Tamerlan Tsarnayevin radikal islamçı görüşlərə malik olması ilə bağlı xəbərdarlıqlarla əlaqədar yeni dəlillərin ortya çıxmasından sonra aparılır.
2011-ci ildə Rusiyanın müraciəti əsasında Amerikanın Federal Təhqiqat Bürosu Tamerlan Tsarnayevi sorğu-sual edib, onun səfərləri və İnternetdə istifadə etdiyi səhifələrlə əlaqədar məlumatları araşdırmışdı. Federal Təhqiqat Bürosu ciddi heç bir şeyin aşkar edilmədiyini bildirmişdi.
2012-ci ilin yanvar ayında Rusiya vətəndaşı olan Tsarnayev Rusiyaya getmişdi. O orada son illər islamçılar tərəfindən ən zorakı hadisələrin törədildiyi Dağıstan və Çeçenistanda altı ay qohumları və dostları ilə qalmışdı.
Keçən il iyul ayında Birləşmiş Ştatlara qayıdanda Tamerlan Nyu-Yorkda mühacirət orqanları tərəfindən sorğu-sual edilmişdi.
Bostona qayıdadan sonra isə o, YouTube səhifəsində islamda müqəddəs müharibə kimi tanınan cihada dəstək məzmunlu videolar yerləşdirmişdi. Bəzi videolarda görüntülərdə Rusiyanın cənubunda başlıca silahlı islamçı qrup olan Qafqaz Əmirliyinin simvolları nümayiş etdirilmişdi.
Sentyabr ayında Tsarnayev ABŞ vətəndaşlığı almaq üçün müraciət etmişdi. Daxili Təhlükəsizlik Nazirliyi onun Federal Təhqiqat Bürosu tərəfindən sorğu-sual edildiyini aşkar etdikdən sonra ərizə qəbul edilməmişdi.
NBC xəbər agentliyinə əsasən, bundan bir neçə həftə sonra Rusiya rəsmiləri Federal Təhqiqat Bürosuna Tsarnayev haqda yenidən müraciət edərək, onun Dağıstanda tanınmış yaraqlı ilə görüşdüyü haqda məlumat veriblər. Ruslar bundan sonra təhqiqatla bağlı heç bir məlumatın olmadığını bildirlər.
Rusiyada müxalifətçi siyasətçi Vladimir Milov:”Ruslar onlara xəbərdarlıq edib ki, bu, adam problemli ola bilər, lakin fikrimcə, burada böyük bir səhvə yol veriilb, onlar məsələ ilə əlaqədar şübhəli heç bir aşkar etməyiblər və bu da belə faciəli nəticələrə gətirib çıxarıb.”
Keçən həftə cümə günü Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obamaya zəng edib. Kremlə əsasən, hər iki prezidenti informasiyanın bölüşdürülməsi sahəsində vəziyyətin yaxşılaşdırılmasına söz verib.
Lakin ekspertlər buna bir qədər spektik yanaşır.
Nyu-Yorkda Mark Qaliotti: “Problem ondadır ki, illər ərzində şübhə səviyyəsi müəyyən edilib. Amerika rəsmiləri hesab edir ki, ruslar xoşlarına gəlmədiyi adamların asanlıqla Əl-Qaidə, ya da buna oxşar qrupun üzvü olduğunu iddia edə bilər. Ruslar isə belə fikirləşir ki, amerikalılar başqa qərb ölkələrində olduğu kimi, onlara ölkə daxilində mübarizədə lazım olan məlumata malikdirlər.”
Ekspertlər həmçinin deyir ki, Amerika və Rusiya təhlükəsizlik xidmətləri terror qruplarının üzvlərini axtarmaqla məşğul olaraq, vaxt baxımından geri qalır.
Qafqaz Əmirliyi qrupu Bostonda zorakılıq aktı ilə əlaqəsi olmadığını bildirərək, Rusiya ilə müharibə apardığını vurğulayıb.
Bəzilərinin fikrincə, Tamerlan Tsarnayev ideologiyanı öyrənib, internetdə terror texnikasını yiyələnərək, təkbaşına fəaiyyət göstərən radikallar kateqoriyasına aid edilə bilər.
Moskvada Agentura.ru agentliyinin başçısı Soldatov Rusiya və Amerika təhlükəsizlik xidmətlərinin başqa fikirdə ola bildiyini deyir. “Terrorizm aktları ilə əlaqəsi olan şəxslər terror təşkilatları ilə bağlı ola bilər. Bu təşkilatlar onları maliyyə və texniki baxımdan təchizatla təmin edib, onlara təlim verə bilər. Onlar bu baölantını tapa bilməyəndə bu əlaqələrin o qədər də ciddi olmadığını düşünür”-deyə o bildirir.
Nyu-Yorkda tədiqatçı alim Qaliotti bununla razılaşır. ”Təkbaşına fəaliyyət göstərən bu adamlar heç kəs tərəfindən səfərbər edilmir, onlar özləri-özlərini səfərbər edir. Bu da olduqca mürəkkəb bir məsələdir, çünki onları müəyyən etmək çox çətindir”-deyə o bildirir.
Rusiyanın Şimali Qafqaz regionunda yaraqlıların şəbəkəsinin mövcud olması bir reallıqdır. Bazar ertəsi Rusiya rəsmiləri islamçı ekstremistlər tərəfindən yeni zorakılıqların törədildiyini bildiriblər.
Bu ilin ilk üç ayı ərzində 47 atışma və bomba hücumları zamanı 39 insan həyatını itirib, 105 insan yaralanıb. Hadisə qurbanlarının çoxu əsgələr və polis işçiləridir.