Accessibility links

Çeçen yaraqlıları Bostonda bomba hücumlarında əli olduqlarını rədd edir


Qafqaz Mücahidinləri öz veb səhifəsində Amerikaya qarşı müharibə aparmadığını bildirib


Çeçen yaraqlılarının aparıcı islamçı hərəkatı olan Qafqaz Mücahidinləri qrupu öz veb səhifəsində Boston marafonunda iki etnik çeçenin şübhəli bilindiyi hücumlarla hər hansı bir əlaqəni rədd edib.

Veb səhifədə yerləşdirilmiş bəyanatda Qafqaz Mücahidinləri Amerika Birləşmiş Ştatlarına qarşı müharibə aparmadığı deyilir. “Biz təkcə Qafqazı işğal etmək deyil, müsəlmanlara qarşı mənfur cinayətlərə görə Rusiya ilə müharibə aparırıq”-deyə bəyanatda bildirilir.

Bəyanat Qafqaz Əmirliyinin Dağıstan vilayətinin Mücahidlərinin komandanı tərəfindən imzalanıb.

ABŞ təhqiqatçıları bomba hücumlarında şübhəli bilinənlərdən birinin Çeçenistan və Dağıstana keçən il səfərini araşdırır.

Cümə günü polislə atışma zamanı ölmüş 26 yaşlı Tamerlan Tsarnayev 2012-ci ildə alyı ay Dağıstanda olub. Onun qardaşı Cövhər Tsarnayev 24 saatlıq təqibdən sonra ağır yaralanmış halda ələ keçirilib. Boston xəstəxanasında olan Tsarnayev vəziyyəti yaxşılaşandan sonra Federal Təhqiqat Bürosunun əks-terror şöbəsinin agentləri tərəfindən sorğu-sual ediləcək.

Federal Təhqiqat Bürosu Tamerlan Tsarnayevi 2011-ci ildə xarici hökumətin xahişi əsasında sorğu-sual ediblər. Rəsmilər bu ölkənin Rusiya olduğunu bildirib. Federal Təhqiqat Bürosunun cümə günü açıqladığı bəyanatda deyilir ki, Tamerlan Tsarnayev radikal islam tərəfdarı olduğu və 2010-cu ildə Birləşmiş Ştatları tərk edərək qeyri-müəyyən gizli qruplara qoşulmaq üçün başqa bir ölkəyə getməyə hazırlaşdığı vaxt dəyişdiyi deyilir.

Hüquq-mühafizə orqanlarının yüksək səviyyəli rəsmisi Federal Təhqiqat Bürosunun Tamerlan Birləşmiş Ştatlara qayıtdıqdan sonra onu izləmədiyini etiraf edib.
XS
SM
MD
LG