Bu gün Pentaqonda Birləşmiş Ştatların yeni strateji planı barədə ümumi məlumat verən Prezident Obama yeni planın milyardlarla dollarlıq ixtisarla nəticələnəcəyini bildirib. O deyib ki, bu on il davam edən müharibələrdən sonra sülh dövrünə keçit prosesidir.
Obama soyləyib ki, ABŞ-ın yeni müdafiə strateqiyasında Asia və Yaxın şərq xüsusi yer tutacaq. İxtisarların ölkənin müharibə qabiliyyətinə təsirləri məsələsi barədə isə müdafiyə nazir Leon Panetta deyib ki, ixtisarlara baxmayaraq Birləşmiş Ştatlar hələdə eyni anda birdən çox düşmənlə döyüş imkanına malik olacaq.
Prezident Obama dünən Ohayodakı çıxışında deyib ki, demokratlar da respublikaçılar da bilirlər ki, Riçhard Kordrey bu vəzifəyə layıqdır, ancaq respublikaçılar yeni yaranmış İstehlakçıları Qorumaq Üçün Maliyyə Bürosunun yaranması ideyasının əleyinə olduqlarına görə onun namizədliyinin təstiqinin qarşısını alırdılar.
İqtisadi yavaşıma səbəbi ilə ikinci dəfə prezident seçilmək üçün çətin bir kampaniya ilə üz üzə qalan Barak Obama deyib ki, belə bir vəzifəyə Amerikalı istehlakçıları maliyyə sektorunun suistifadəsindən qorumaq üçün ehtiyac var.
Respublikaçılar həmin agentliyə həddindən artıq səlahiyyət verldiyini ancaq buna təkabül edən cavabdehlik olmadığından narahatdırlar. Respublikaçıların senatdakı lideri Miç Mekkanıl deyib ki, prezident bu təyinatla səlahiyyətlərindən suistifadə edib ona görə ki, senat hər üç gündən bir iclas keçirir. Senatn tətildə olduğu vaxt təyinatlar prezidentə senatın tətiqi olmadan yuxarı vəzifələrə öz namizedlərini təyin etməyə imkan verir.