Accessibility links

Barak Obama Nümayəndələr Palatasını vergilərin ixtisarına dair qanun layihəsinin təsdiqinə çağırıb


Barak Obama Nümayəndələr Palatasını vergilərin ixtisarına dair qanun layihəsinin təsdiqinə çağırıb
Barak Obama Nümayəndələr Palatasını vergilərin ixtisarına dair qanun layihəsinin təsdiqinə çağırıb

ABŞ prezidenti Barak Obama Nümayəndələr Palatasının spikeri Con Beynerlə telefon söhbəti zamanı vergilərin ixtisarına dair qanun layihəsinin müddətinin iki ay uzadılmasına dair razılıq əldə edilməsinə çağırıb. Ağ Evin bəyanatında deyilir ki, cənab Obama demokrat və respublikaçılarıın birgə çalışması ilə bir illik uzadılma razılığı əldə edə biləcəklərini bildirib.

ABŞ prezidenti Barak Obamanın dediyinə görə, 160 milyon amerikalı yeni ildə vergilərin artırılması ilə üzləşə bilər. Senat liderləri vergi ixtisarına dair razılığın iki ay müddətinə uzadılması barədə razılıq əldə edib. Sənəd Nümayəndələr Palatasının da təsdiqini əldə etməli və daha sonra prezidentin imzasına göndərilməlidir. Nümayəndələr Palatası sənədi təsdiq etməsə, iki milyon işsiz amerikalı işsizlik təzminatından məhrum edilə bilər. Vergi qanunun möhləti bu ayın sonu başa çatır.

XS
SM
MD
LG