Səfir Morninqstar hökuməti vətəndaşlarla konstruktiv dialoqa çağırır

Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Amerika səfiri Bakıda baş verən son hadisələrə münasibət bildirib
Səfir Morninqstar hökuməti ictimai narahatlıqları həll etmək üçün vətəndaşlarla konstruktiv dialoqa çağırır


Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar
Azərbaycanda baş verən son hadisələrlə bağlı məlumat yayıb.

Sənəddə deyilir:

“10 mart tarixində Bakıda, Fəvvarələr Meydanında keçirilmiş ictimai nümayişlərdən bir neçə gün əvvəl bir neçə gənc fəalın hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən həbs edilməsi barədə mətbuat xəbərləri ilə tanış oldum. Hüquq-mühafizə orqanları nümayəndələri qəbul edilmiş beynəlxalq standartlara zidd olaraq bu fəallardan üçünün törətməkdə ittiham olunduqları cinayətləri etiraf etmək üçün televiziya ilə açıqlamalarını yayınladılar.

Bu hadisələrdən başqa polis dinc nümayiş iştirakçılarını dağıtmaq üçün su şırnağından və rezin güllələrdən istifadə etmişdir. Sonra nümayişçilərin bir qismi polis tərəfindən saxlanılmışdır. Mən Azərbaycanın dostuyam və ölkənin 1991-ci ildə öz müstəqilliyini yenidən əldə etdikdən bəri qazandığı nailiyyətlərə heyranlıqla yanaşıram. Mən əminəm ki, hökumət dinc nümayişçilərin hüquqlarına hörmət etsə, qanunun aliliyini təşviq etsə və qanuni ictimai narahatlıqları həll etmək üçün vətəndaşlarla konstruktiv dialoq qurarsa Azərbaycan özünün böyük demokratik və iqtisadi potensialını gerçəkləşdirə bilər”.