Rəsul Cəfərovun şikayəti təmin edilməyib

Rəsul Cəfərov

Hüquq müdafiəçisi Nəsimi rayon Məhkəməsinin qərarından şikayət edib

Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsinə dair Nəsimi rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti təmin edilməyib.

Vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, Rəsul Cəfərov istintaqdan qaçıb gizlənilmək və ya hər hansı təsir etmək fikri yoxdur. Həmişə istintaqa kömək edib. Buna baxmayaraq məhkəmə onun fikrilərini nəzərə almayıb.

Fariz Namazlı məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini bildirib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Rəsul Cəfərov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Ağır Cinayətlər dair İşlər üzrə İstintaq İdarəsi Rəsul Cəfərova qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Cəfərov özünü günahkar hesab etmir. Amnesty İnternational Rəsul Cəfərovu “vicdan məhbus”u kimi tanıyıb.