Accessibility links

Məhkəmə Rəsul Cəfərovu ev dustaqlığına buraxmayıb


Rəsul Cəfərov
Rəsul Cəfərov

Amnesty İnternational Rəsul Cəfərovu vicdan məhbusu elan edib

Bu gün Nəsimi rayon məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə çərşənbə günü hüquq müdafiəçisi Rəsul Cəfərov barədə həbs qət-imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətə baxıb.

Vəkil Fariz Namazlı Turana vəsatətin təmin olunmadığını bildirib.

Onun sözlərinə görə, qarşı tərəfin əsas arqumentləri bundan ibarət olub ki, Rəsul Cəfərov istintaqdan qaçıb gizlənə və ya sübutları saxtalaşdıra billər.

Prosesdə çıxış edən R. Cəfərov ittiham tərəfinin arqumentlərinin heç bir əsası olmadığını və hüquq müdafiə fəaliyyətinə görə həbsə alındığını bəyan edib.

Vəkil F. Namazlı qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Nəsimi rayon məhkəməsinin qərarı ilə R.Cəfərov barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib.

Baş Prokurorluğun Ağır Cinayətlər dair İşlər üzrə İstintaq İdarəsi hüquq müdafiəçisinə cinayət məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.R. Cəfərov özünü günahkar hesab etmir.

Amnesty İnternational Rəsul Cəfərovu vicdan məhbusu elan edib.

XS
SM
MD
LG