Rəcəb Təyyib Ərdoğan: "Suriyada vətəndaş müharibəsi başlaya bilər!"

  • Amerikanın səsi

Rəcəb Təyyib Ərdoğan: "Suriyada vətəndaş müharibəsi başlaya bilər!"

Türkiyənin baş naziri xəbər darlıq edib ki, Suriyada siyasi qarşıdurma çox davam edərsə təriqətlərarası müharibə başlana bilər.

Baş nazir Rəcəb Təyyib Ərdoğan Misir qəzeti Əl-Şoruka bildirib ki, o qonşu ölkədə ələvilərlə sünnilər arasında münaqişənin başlanacağından narahatdır.

Suriyanın hakim elitası azlıqda olan şiələrin bir qolu olan ələvilərdən ibarətdir. Suriya əhalisnin böyük əksəriyyəti isə sünnilərdir.

Paytaxt Qahirədə minlərlə adam qarşısında çıxış edən cənab Ərdoğan Suriyada mülki vətəndaşlara hücumların artdığını, amma islahatların həyata keçirilmədiyini bildirib.