Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyaya silah daşıdığından şübhlənilən gəminin ələ keçirildiyini bildirib. Türkiyə mətbuatının yazdığına görə, cənab Ərdoğan bunu Nyu-Yorkda jurnalistlərə bildirib.O deyib ki, Türkiyə Suriyaya hava, quru və su yolu ilə hər bir silah daşınmasının qarşısını alacaq.O, gəminin harada saxlandığı barədə məlumat verməyib.
Bu həftənin əvvəlində Ərdoğan Türkiyənin Suriya ilə müzakirələrini dayandırdığını və hökumət əleyhinə nümayişçilərə qarşı zorakılıqlarına görə o ölkəyə qarşı sanksiyalar tətbiq ediləcəyini bildirmişdi.
Dünən Avropa İttifaqı da Suriya hökumətinə qarşı daha sərt sanksiyalar tətbiq edib.