Ərəb Liqası Suriya ilə bağlı planı BMT-yə təqdim edəcək

  • Amerikanın səsi

Ərəb Liqası Suriya ilə bağlı planı BMT-yə təqdim edəcək

Ərəb Liqasının rəhbəri Nabil Elərəbi Qətərin baş naziri ilə bərabər Suriyada uzunmüddətli zorakılıqalara son qoyulmasına dair planın bazar ertəsi BMT-nin Təhlükəsizlik Şurasına təqdim edəcəyini bildirib. Bu gün Qahirədə danışan Elərəbi şənbə günü Nyu-Yorka yola düşəcəyini deyib. Lakin onun səfəri BMT rəsmiləri tərəfindən təsdiq edilməyib.

Qətərin baş naziri Şeyx Həməd Bin Yassim Əl-Tani Suriyadakı vəziyyəti motintor edən komitəyə rəhbərlik edir.

Körfəz ölkələrinin Suriya böhranının həllinə beynəlxalq ictimaiyyətin müdaxiləsini əldə etməyə çalışdığı vaxt Suriyada dinc nümayişçilərə qarşı zorakılıqlar davam etdirilir. Suriya fəallarının bildirdiyinə görə, hökumət qüvvələri paytaxt yaxınlığında nümayiş keçirən insanlara hücum edib.

Bu arada Rusiya BMT-nin Suriyaya qarşı sanksiyalarına dəstək verməyəcəyini bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir ölçünün ədalətsizlik və əks-produktiv olacağını deyib. Nazir bildirib ki, Rusiya Suriya böhranının həlli üçün hər bir produktiv təklifə hazırdır.