Ərəb liderləri xüsusi nümayəndə Kofi Annanın Suriya üçün sülh təşəbbüsünü dəstəkləyən qətnamə layihəsini nəzərdən keçirirlər. Layihə İraq paytaxtı Bağdadda keçirilən sammit zamanı müzakirə edilir.
Sammit iştirakçılarının təsdiq etməsi üçün Ərəb Liqasının xarici işlər nazirlərinin hazırladığı qətnamə prezident Bəşar Əl-Əsəd hökumətini müxalifətə zorakı hücumlara son qoymağa və onların dünc aksiya keçirməsinə icazə verməyə çağırır.
Cənab Annan deyib ki, bu həftə Suriya onun planını qəbul etsə də, ölkədə zorakılıqlar davam edir.
Suriya insan hüquqları fəalları deyir ki, bu gün hökumət qüvvələrinin İdlib vilayətinə hücumu nəticəsində ən azı 3 nəfər həlak olub. Üsyançıların isə Həmada 2 əsgəri öldürməsi barədə məlumatlar yayılıb.
Suriya SANA dövlət xəbər agentliyi iddiasına görə Aleppoda "Silahlı terrorçular qrup"un 4 üzvü 2 zabiti qətlə yetirib.