ABŞ prezidenti Barak Obama bildirib ki, silahlara nəzarətlə bağlı Rusiya ilə yeni saziş bağlana bilər. Bu gün Rusiya prezidenti Dmitri Medvedevlə Seulda nüvə məsələləri sammitində müzakirələr aparan cənab Obama hər iki ölkənin atom bombaları arsenalını azaltmaqda davam edə biləcəyini deyib. O, yeni müddətə prezident seçilmiş Vladimir Putinlə də bu prosesi davam etdirəcəyini deyib. Cənab Obama silahları məhdudlaşdırmağa dair 2010-cu ildə təsdiq edilmiş yeni START müqaviləsini 20 il müddətində ən qənaətbəxş müqavilə adlandırıb. Lakin Suriya və ABŞ-ın Avropada raketdən müdafiə sistemi yerləşdirmə planları kimi mühüm məsələlərində iki ölkə arasında fikir ayrılığı qalmaqda davam edir.
ABŞ prezidenti silahlara nəzarətlə bağlı Rusiya ilə yeni saziş bağlaya bilər
- Amerikanın səsi