Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılacaq
Zerkalo” qəzetinin müxbiri, Ermənistanın xeyrinə casusluqda ittiham olunan Rauf Mirqədirov istintaqa ifadə vermək qərarına gəlib. Bu barədə onun vəkillərindən biri Elmar Süleymanov bildirib.
Aprelin 21-də həbs olunduqdan sonra o, ifadə verməkdən imtina etmişdi, çünki casusluq ittihamını absurd sayırdı.
“Lakin indi jurnalist bəzi məqamlara aydınlıq gətirmək niyyətindədir”, - vəkil qeyd edib.
O deyib ki, vəkillər R.Mirqədirovun bu niyyəti ilə bağlı istintaqa müraciət edəcəklər.
Vəkil iyunun 5-də R.Mirqədirovun apellyasiya şikayətinə baxılarkən məhkəmədə bəyanatla çıxış edəcəyini istisna etməyib.
İlkin istintaqın gedişini şərh edən E.Süleymanov bildirib ki, praktiki olaraq R.Mirqədirova qarşı istintaq aparılmır. “İndiyədək istintaq jurnalistə qarşı heç bir sübut irəli sürməyib”, - vəkil açıqlama verib.
Onun sözlərinə görə, istintaq R.Mirqədirova qarşı ifadə almaq üçün jurnalistləri və fəalları çağırır. Lakin hələlik onunla hər hansı üzləşmə aparılmayıb.
“Bu, dolayısı ilə göstərir ki, heç kim R.Mirqədirova qarşı ifadə verməyib”, - vəkil vurğulayıb.
***
İyunun 5-də saat 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Qadim Babayevin sədirliyi ilə Rauf Mirqədirovun şikayətinə baxılacaq.
Vəkil Elmar Süleymanov Amerikanın Səsinə bildirib ki, apellyasiya şikayəti Rauf Mirqədirovun yaxın qohumları ilə görüşə və telefon danışığına, habelə onun seçimi ilə qəzet və jurnallarla tanış olmaq hüququna müstəntiq İbrahim Ləmbəranski tərəfindən qoyulmuş məhdudiyyətin Səbail Rayon Məhkəməsi tərəfindən qüvvədə saxlayan qərarından verilib.
“Ayna-Zerkalo” qəzetinin müxbiri rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanıb. O təyyarə ilə Bakıya göndərilib və hava limanında həbs edilib. Müxbir Ermənistanın xeyrinə casusluqda günahlandırılaraq dövlətə xəyanət ittihamı ilə mühakimə olunur. Mirqədirov son illər ailəsi ilə birgə Ankarada yaşayırdı.