Accessibility links

İstintaq Rauf Mirqədirova Türkiyədə vəkil tutmaq üçün etibarnamə verilməsinə icazə verməyib


Rauf Mirqədirov
Rauf Mirqədirov

“Dövlətə xəyanət”də ittiham olunan jurnalist barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib

İstintaq orqanı tərəfindən Ayna”-“Zerkalo” qəzetlərinin müxbiri Rauf Mirqədirova Türkiyədə vəkil tutmaq üçün etibarnamə verilməsinə icazə verilməyib.

Vəkil Elmar Süleymanov bildirib ki,10 gün əvvəl vəkillər Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Lənbəranskiyə etdikləri müraciətə mənfi cavab veriblər.

O, bildirib ki, aprelin 19-da Rauf Mirqədirovun Türkiyədən Azərbaycana verilməsini deportasiya adlandırırlar, əslində bu ekstredasiyadır. Onun bu məsələ ilə bağlı hüquqları Türkiyədə pozulub.

“Bu səbəbdən də Türkiyədəki vəkillər jurnalistin hüquqlarını müdafiə etmək istəyirlər.

Lakin cinayət işini aparan müstəntiq onun etibarnamə verməsinə icazə vermədi”, deyə o bildirib.

Vəkil qərardan Nəsimi Rayon Məhkəməsinə şikayət edildiyini deyib.

2010-cu ilin avqustundan Türkiyədə yaşayan “Ayna”-“Zerkalo” qəzetinin müxbiri Rauf Mirqədirov 2014-cü il aprelin 19-da bu ölkədən çıxarılıb və elə həmin gün də Bakıda hava limanında həbs olunub. O dövlətə xəyanət ittihamı ilə Ermənistanın xeyrinə casusluqda günahlandırılır.

“Dövlətə xəyanət”də ittiham olunan jurnalist barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib.

Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist ittihamları əsassız sayır və istintaqa ifadə verməkdən imtina edir.
XS
SM
MD
LG