Mirəqdirov ona qarşı irəli sürülən ittihamı rədd edir
Bu gün vəkil Fuad Ağayev və Elmar Süleymanov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan “Ayna-Zerkalo” qəzetinin müxbiri Rauf Mirqədirovla görüşüb.
Fuad Ağayev Amerikanın Səsinə bildirib ki, saat yarım çəkən görüşdə jurnalistlə müxtəlif mövzularda söhbətlər ediblər. “Rauf Mirqədirov Ukrayna və Azərbaycanda durumdan, Rusiyanın Ukrayna və Azərbaycana təzyiqlərinin artacağından narahatdır, Ermənistan-Azərbaycan cəbhəsindəki gərginliyin Rusiya ilə bağlı olduğunu deyir”.
Vəkil jurnalistin səhhətinin normal olduğunu bildirib. “Rauf Mirqədirov gələcəyə nikbinliklə baxır”, o qeyd edib.
Rauf Mirqədirov son bir neçə ildə ailəsi ilə birgə Ankarada yaşayırdı. Aprelin 17-də heç bir izah verilmədən onun Türkiyədəki akreditasiyası ləğv edilib və saxlanıb. Aprelin 19-da Bakıya yola salınıb və Bakı hava limanında həbs edilib. Mirqədirov Ermənistanın xeyrinə casusluqda ittiham olunur. O ittihamı rədd edir və sifariş hesab edir.