İraq rəsmiləri ölkə boyu baş vermiş hücumlarda azı üç adamın öldüyünü xəbər verirlər.
Daxili işlər nazirliyi hücumlardan birinin Bağdadın cənub-şərqində hökumət işçisini hədəf aldığını bildirir.
2006-07-ci illərdə təriqətlərarası zorakılıqların vüsət aldığı vaxtla müqayisədə İraqda zorakılıqlar xeyli azalıb. Amma militantlar hələ də bombalamalar və qətllər törədirlər.
Son vaxtların hücumları əsasən polisləri hədəf alır.