İraq rəsmiləri ölkənin şimalında iki avtomobil partlayışının azı beş nəfərin ölümünə və 22 nəfərin yaralanmasına səbəb olduğunu deyib. Mosul şəhərində törədilmiş ilk hücum ordu patrulunu hədəf alaraq üç əsgəri öldürüb, üç mülkü vətəndaşı isə yaralayıb. Birinci avtomobilin yaxınlığındakı İkinci avtomobildə yerləşdirilmiş bomba isə birincidən bir neçə dəqiqə sonra partlayaraq iki nəfəri öldürüb və bir neçə nəfəri yaralayıb. İraqda qəbilələr arasında baş verən zorakılıqlar 2006 və 2007-ci illərdə ən yüksək səviyyəyə çatsa və sonra nisbətən azalmağa başlasa da militantlar tez tez belə hücumları həyata keçirə bilirlər
İraqda iki avtomobildə yerləşdirilmiş bomba partlayışları azı 5 adamın ölümünə səbəb olub
- Amerikanın səsi