İranda metallurgiya zavodunda baş verən partlayış nəticəsində bir neçə xarici vətəndaş ölüb.
APA Agentliyinin məlumatına görə, partlayış Yəzd vilayətində qeydə alınıb. Partlayış nəticəsində 7 nəfər ölüb, 12 nəfər yaralanıb. Ölən şəxslərin hansı ölkənin vətəndaşı olduğu açıqlanmır. Zavodda hansı məhsulların istehsal olunduğu barədə də məlumat verilmir.
Xatırladaq ki, hələ 2003-cü ildə İran rəsmi dairələri Yəzd vilayəti ərazisində uran yataqlarının istismarına başlayacaqlarını bəyan ediblər. Son vaxtlar İranın strateji obyektlərində naməlum səbəblərdən partlayışlar baş verir. Noyabrın 28-də İsfahanda uranın zənginləşdirilməsi həyata keçirilən zavodda partlayış qeydə alınıb. Bundan iki həftə əvvəl isə Tehranda yeni tipli ballistik raketin istehsalı zamanı partlayış olub. Partlayış nəticəsində ölkənin raket proqramına məsul şəxs olan general Həsən Müqəddəm vəfat edib.
Partlayış nəticəsində 7 nəfər ölüb, 12 nəfər yaralanıb.