Mərkəzi Kəşfiyyat Agentliyinə (CIA) məxsus dronun İranda qəzaya uğraması amerikalı kəşfiyyatçıların uzun müddət gizli saxlamağa çalışdıqları sirri açıqlayıb.
Dronu az qala zədəsiz ələ keçirən İran rəsmiləri RQ-170 Sentinel markalı pilotsuz təyyarəni beynəlxalq mediaya göstərməklə qürrələnirlər. İnanılır ki, dron iranlılar tərəfindən vurulmayıb, sadəcə texniki nasazlıq üzündən yerə düşüb.
ABŞ rəsmiləri ictimaiyyəti əmin edirlər ki, iranlılar ələ keçirilmiş son model kəşfiyyat dronundan onlara lazım olan texnologiyanı əldə etdə bilməyəcəklər. Hətta Çinə ötürülsə belə, dron texniki bilik mənbəyi qismində yararsızdır.
Adının çəkilməsini istəməyən özəl hərbi ekspert ABŞ-ın illərdir ki, İranda intensiv kəşfiyyat işləri apardığını bildirib.
Son həftələrdə İranın bir neçə hərbi obyektində partlayışlar baş verib ki, bunların bəziləri haqda İran hökuməti açıqlama verməkdən imtina edir. İslam Respublikasının rəsmiləri güman edirlər ki, bu partlayışlar İrana düşmən dövlətlərin kəşfiyyat agentliklərinin əməlləridir.