İranın nüvə fəaliyyətlərinə dair ciddi narahatlıqlar mövcuddur

  • Amerikanın səsi

İranın nüvə fəaliyyətlərinə dair ciddi narahatlıqlar mövcuddur

BMT-nin nüvə agentliyinin bildirdiyinə görə,İranın nüvə fəaliyyətlərinə dair ciddi fərqlər və narahatlıqlar mövcuddur. BMT müfəttişləri bu həftə Tehrana səfər etdikdən sonra bu haqda açıqlama verib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatında deyilir ki, İranla agentlik arasında heç bir razılıq əldə edilməyib və agentlik İranın nüvə proqramının mümkün hərbi mahiyyət daşıdına dair dərin narahalıq keçirir.

İranın agentlikdəki təmsilçisi Əli Əsgər Sultani bu gün bildirib ki, təhrikçiliyin əleyhinə olan Tehran müzakirələrin davam etdirilməsini istəyir.

Rusiyanın baş naziri Vladimir Putin bu gün deyib ki, bəzi ölkələr rejimin dəyişdirilməsi üçün İranın nüvə proqramından bəhanə kimi istifadə edir.