Accessibility links

BMT müfəttişlərinin İrana səfəri hərbi obyektlərə buraxılmadan başa çatıb


BMT müfəttişlərinin İrana səfəri hərbi obyektlərə buraxılmadan başa çatıb
BMT müfəttişlərinin İrana səfəri hərbi obyektlərə buraxılmadan başa çatıb

BMT-nin nüvə müfəttişlərindən ibarət qrupun başçısı İrana iki günlük səfərin hərbi obyektlərə buraxılmadan başa çatdığını bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndəsi Hermen Nakayrets bu açıqlamanı İran rəsmiləri ilə danışıqlardan qayıtdıqdan sonra bu gün Vyanada verib. Agentlik danışıqların təəssüf hissi doğurduğunu bildirib.

“Biz bütün mühüm məsələləri həll etmək istiqamətində irəliləmək üçün razılığa nail olmağa çalışdıq. Xüsusilə də İranın nüvə proqramının mümkün hərbi imkanlarını nəzərdən keçirdik. Biz təhqiqata aid ərazilərə səfər etmək üçün razlılıq əldə etməyə çalışdıq. Lakin təəssüf ki, bizə bu ərazilərə daxil olmağa icazə verilmədi və səfərimiz qarşıya qoyulmuş məqsədə nail olmadan başa çatdı"-deyə Hermen Nakayrets bildirib.

XS
SM
MD
LG