Iranın Fars xəbər agentliyinin məlumatına görə, Tehranda baş verən bomba partlayışı nəticəsində universitet professoru Mustafa Əhmədi Rövşən həlak olub. Bomba nüvə aliminin maşınının altına yerləşdirilib. Hadisə zamanı onun sürücüsünün də həlak olduğu bildirilir.
İran hücuma görə İsrail və ABŞ-ı günahlandırıb. İranın vitse-prezidenti Məhəmməd Reza Həhimi deyib ki, bu hücum İranı nüvə proqramından yayındıra bilməyəcək.
ABŞ Dövlət Departamenti isə Amerikanın hücumu qınadığını və günahsız insanın ölümünə görə təəssüf hissi keçirdiyini bildirib. Hücumun arxasında İsrail və Ya ABŞ-ın durduğuna dair iddialar barədə Dövlət Departamentinin sözçüsü bunun kimin həyata keçirdiyi barədə danışmaq istəməyib.
32 yaşlı Rövşən Natanz nüvə obyektində şöbə müdiri idi.Son illər İranda nüvə alimləri tez-tez hücumlara məruz qalır. Hücum İranın yeraltı nüvə obyektində uran zənginləşdirilməsi prosesinin bərpa edildiyini bildirməsindən sonra həyata keçirilib.