İranda həbsdən azad edilən iki amerikalı səyyar bu gün ABŞ-a qayıdıb

  • Amerikanın səsi

İranda həbsdən azad edilən iki amerikalı səyyar bu gün ABŞ-a qayıdıb

İranda həbsdən azad edilən iki amerikalı səyyar bu gün Amerikaya qayıdıb. Şeyn Bauer və Coş Fattal azadlığa məhkəmənin onların 1 milyon dollar müqabilində zaminə buraxılması qəbul etməsindən sonra buraxılıb. İran prezidenti Mahmud Əhmədinejad səyyarların yaxın günlərdə azad ediləcəyini bildirmişdi. İranın dövlət başçısı bunu BMT-nin Baş Assambleyasının Nyu-York yığıncağından öncə demişdi. Amerikalı səyyarlar 2009-cu ildə casusluq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.