Accessibility links

Urmiyə və Təbrizdən sonra bu şənbə və bazar Zəncanda irimiqyaslı etirazlara çağırılıb


Urmiyə və Təbrizdən sonra bu şənbə və bazar Zəncanda irimiqyaslı etirazlara çağırılıb
Urmiyə və Təbrizdən sonra bu şənbə və bazar Zəncanda irimiqyaslı etirazlara çağırılıb

Azərbaycan və fars dillərində saytlarının məlumatına görə, İranın təhlükəsizlik qüvvələri neçə gündür ki, Zəncanda azərbaycanlı fəalları və başqalarını nizamı və ya asayişi pozmaq və buna oxşar ittihamlarla nəzarət altına alırlar

Urmiyə gölünün qurumasının qarşısını almaq üçün İran hökumətinin indiyə qədər hansısa bir öhdəlik götürüb bir layihə təklif etməməsi son həftələr Urmiyə və Təbrizi təsiri altında qoyan etiraz dalğalarının Zəncana da gəlib çıxdığı bildirilir.

Elə buna görə də şənbə və bazar günləri şəhərdə irimiqyaslı nümayişlərinin keçirilməsinə çağrılıb. Qeyd edək ki, son bir neçə gündür azərbaycan və fars dillərindəki saytların verdikləri xəbərlərə görə birinci növbədə ETTELAAT olmaqla İranın təhlükəsizlik qüvvələri neçə gündür ki, Zəncanda azərbaycanlı fəalları və başqalarını nizamı və ya asayişi pozmaq və buna oxşar ittihamlarla nəzarət altına alırlar. İrandan aldığımız xəbərlərə görə tutulanların çoxunun nümayiş çağırışları və ya nümayişlərin təşkili ilə əlaqələri olması barədə dəlil yoxdur.

Xatırladaq ki, bundan təqribən on gün əvvəl HRANA, Aftab və başqa saytlar Zəncan polisinin verdiyi məlumata əsasən şəhərdə 80 nəfər həbs edilib. Zəncanın polis rəsmisi Məhəmməd Əsədifərd bu xəbəri verib və tutulanları "ərazil və obaş" (darqa şayird) adlandırmışdı. Həmin rəsmilər asayişin və nizamın pozulması təhlükəsini bəzi həbslərin səbəbi kimi göstərib.

İSNA yazıb ki, polis komandiri onların ictimai əmniyyəti təmin etmək məqsədilə tutulduğunu bildirib. Xatırladaq ki, həmin həbslər İran Azərbaycanının bütün şəhərlərində Urmu gölünün qurumasına etiraz olaraq nümayişlərin davam etdirilməsi çağırışları ilə eyni zamana təsadüf edirdi. Həmin həbs dalğası zamanı insanlar küçələrdə saxlanır, təhlükəsizlik qüvvələri evlərə və iş yerlərinə basqınlar edirdi.

Keçən həftələrdə təhlükəsizlik qüvvələri əhalinin nümayişlərdə iştirakının qarşısını almaq üçün hətta tutulanların bir hissəsini televiziyada nümayiş etdirirdi. Müstəqil mənbələrin Amerikanın səsinə verdiyi məlumata görə Qərbi və Şərqi Azərbaycan vilayətlərində istifadə edildiyi deyilən belə üsullardan Zəncanda istifadə olunmayıb və tutulanların kimliyi barədə məlumat verilməyib.

Xatırladaq ki, İran rəsmilərinin Amerikanın səsinə şərh vermədiklərinə görə, biz onların verilən xəbərlərə münasibətini sizə çatdıra bilmirik.

XS
SM
MD
LG