Accessibility links

İran həbsxanasından azad edilən amerikalılar girov saxlandıqlarını deyirlər


İran həbsxanasından azad edilən amerikalılar girov saxlandıqlarını deyirlər
İran həbsxanasından azad edilən amerikalılar girov saxlandıqlarını deyirlər

Casusluq ittihamı ilə iki il İran həbsxanasında saxlanıldıqdan sonra azad edilən iki amerikalı səyyah hansısa cinayət üstündə deyil, amerikalı olduqları səbəbindən həbs edildiklərini deyirlər. Dünən Nyu-Yorkda keçirilən mətbuat konfransında Coş Fattal və Şeyn Bauer İranın Amerika ilə siyasi problemləri olduğu üçün girov saxlandıqlarını deyiblər. Fattal və Bauer həbsxanada olduqları müddətdə tamamilə təcrid olunmuş vəziyyətdə saxlandıqlarını və yaxınlarının onlara yazdırları məktubları almaq üçün çox vaxt aclıq elan etdiklərini bildiriblər. Onlar həbsxanada döyülən məhbusların qışqırıq səslərini eşitdiklərini desələr də, onlara qarşı hansısa zorakılıq edildiyini deməyiblər.

Fattal və Bauer Omanın İrana 1 milyon dollar ödəməsindən sonra ötən həftənin çərşənbə günü azad ediliblər.

XS
SM
MD
LG