Accessibility links

İranda həbsdə olan iki amerikalı səyyar azad edilib


İranda həbsdə olan iki amerikalı səyyar azad edilib
İranda həbsdə olan iki amerikalı səyyar azad edilib

İranda həbsdə olan iki amerikalı səyyar azad edilib. Şeyn Bauer və Caş Fattal azadlığa bu gün məhkəmənin onların 1 milyon dollar müqabilində zaminə buraxılması tələbini qəbul etməsindən sonra buraxılıb. CNN və Press TV xəbər agentliklərinin yaydığı məlumat ABŞ Dövlət Departamenti tərəfindən təsdiq edilib. Omanın nümayəndə heyətinə təhvil verilən amerikalılar İrandan Omana yola düşüb.

Dünən İran prezidenti Mahmud Əhmədinejad səyyarların yaxın günlərdə azad ediləcəyini bir daha təkrar etmişdi. İranın dövlət başçısı bunu BMT-nin Baş Assambleyasının Nyu-York yığıncağından öncə bildirmişdi. Amerikalı səyyarlar 2009-cu ildə casusluq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

XS
SM
MD
LG