BMT nüvə agentliyinin baş müfəttişi bildirib ki, atom enerji proqramına dair üç gün davam edən intensiv danışıqlardan sonra hələ də çox işlər görülməlidir. Herman Nakaerts bu gün deyib ki, hər iki tərəf məsələnin həllinə dair öhdəliklərin yerinə yetiriləcəyini bildirib və nüvə üzrə müfəttişlər yaxın gələcəkdə əraziyə daha bir səfər planlaşdırır. Beynəlxalq Atom Enerjisi Agentliyinin altı müfəttişi İranın şübhəli uran zənginləşdirmə proqramını müzakirə etmək üçün İran rəsmiləri ilə görüşüb. İran rəsmiləri proqramın sırf elektrik enerjisi istehsal etmək üçün nəzərdə tutulduğunu deyib.
İran rəsmiləri dünənki danışıqların konstruktiv olduğunu deyib. İran mətbuatı müfəttişlərin nüvə obyektlərinə səfər etmədiklərini deyərək bildirib ki, görüş əsnasında yalnız texniki və hüquqi məsələlər müzakirə olunub.