Accessibility links

Gələn həftə ABŞ prezidenti və İsrailin baş naziri görüş keçirməlidir


Gələn həftə ABŞ prezidenti Barak Obama və İsrailin baş naziri Benyamin Netanjahu arasında keçiriləcək Vaşinqton görüşünün diqqət mərkəzində İranın nüvə proqramına dair qlobal narahatlıqlar və İsrailin İrana qarşı mümkün hücumu məsələləri yer alacaq.

Son aylar İranla İsrail arasında gənginliklər artıb. Belə ki, İsrailin İranın nüvə obyektlərini vuracağına dair şayiələr dolaşmaqdadır. İran generalı bu yaxınlarda təhdidlər davam etsə, İranın birinci hücuma keçəcəyi barədə xəbərdarlıq verib.

ABŞ prezidenti Barak Obamanı yaxın müttəfiqi İsrail ilə regional və qlobal narahatlıqlara səbəb olan İran arasındakı gərginliklər narahat edir. Yanvar ayında Amerika xalqına müraciəti zamanı ABŞ dövlət başçısı İranı istiqamətini dəyişməyə çağırmışdı. Prezident açır şəkildə bildirmişdi ki, əks təqdirdə Amerika yalnız öz maraqları deyil, müttəfiqlərini də müdafiə etməli olacaq.

XS
SM
MD
LG