Müsəlman dinindən imtina etdiyi üçün ölüm cəzasına məhkum edilən İranın xristian ruhanisinin vəkili onun müraciətinin apelyasiya məhkəməsi tərəfindən qəbul ediləcəyinə ümid etdiyini deyib. Vəkil Məhəmməd Əli Dədxah bu gün deyib ki, bu həftə məhkəmə qarşısına çıxarılan Yusif Nadarxaninin apelyasiya müraciətinin qəbul ediləcəyinə 95 faiz ümid var.
Hal-hazırda 32 yaşı olan Yusif Nadarxani 19 yaşında ikən xristianlığı qəbul etmiş və Rəşt şəhərindəki 400 nəfər ibadətçisi olan kilsədə keşişlik edirdi. 2009-cu ildə həbs edilən Nadarxani Müsəlman dinindən imtina ittihamı ilə ölüm hökmü ilə üzləşir.