Qubad İbadoğlu: ARDNF-ə daxilolmaların üçdə ikisinin büdcə ehtiyaclarına xərclənməsi fəlakətlidir

Qubad İbadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri neft-qaz gəlirlərinə ictimai nəzarətin olmasını vacib sayır

İqtisad elmləri doktoru Qubad İbadoğlunun yaratdığı “İqtisadi Tədqiqatlar Mərkəzi”nin 10 yaşı tamam olur. Qeyri-hökumət təşkilatının işlərinin əsas hissəsi Azərbaycan iqtisadiyyatının uzun müddətli perspektivdə dayanıqlı inkişafı ilə bağlıdır. Alim hesab edir ki, hökumət gələcək nəsillərin taleyinə məsuliyyətlə yanaşmalıdır.

“Neft dövrü” bitənlən sonra Azərbaycan rəhbərliyi əhalini ölkənin stabilliyinə və çiçəklənməsinə inandıra bilməyəcək. Bunun səbəbi hesabatlılığın, şəffaflığın və büdcə vəsaitlərinin investisiya qoyuluşunda, həmçinin dövlət neft və qaz gəlirlərinin əldə edilməsində və xərclənməsində ictimai nəzarətin olmamasıdır”, İbadoğlu Turan agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə Dövlət Neft Fonduna (ARDNF) daxilolmaların üçdə iki hissəsinin büdcə ehtiyaclarına xərclənməsi xüsusilə fəlakətlidir. Fondun ötən ilki hesabatında (<http://www.oilfund.az/az_AZ/hesabat-arxivi/rublukh/2013_1/2013_1_4>) deyilir ki, onun gəlirləri 13 mlrd 600,5 mln, xərcləri isə 12 mlrd 302,7 mln manat təşkil edib, bunun 11 mlrd 350 mln-u (92,3%!) investisiya layihələrini reallaşdırılması məqsədi ilə transfert edilib.

Fondun bütün fəaliyyət dövrü ərzində onun hesabına 83 milyard 859 milyon dollar (təxminən 66 mlrd manat) daxil olub, onun yarıdan çoxu müxtəlif sahələrin maliyyələşdirilməsinə yönəldilib. Onlardan böyük hissəsi - 40 mlrd 619,7 mln manat - dövlət büdcəsinə transfertlərdir.

Gələcək nəsillər üçün nəzərdə tutulan vəsaitlərin yeyilməsi uzun müddətli perspektivdə ölkəni uçuruma aparır. Yeni yataqların kəşfinə ümid belə hərəkətlərə bəraət qazandırmır, mütəxəssis qeyd edir.

Bu gün Azərbaycanda real iqtisadiyyat yoxdur, ÜDM-də qeyri-neft sektorunun 50%-i isə ofşor zonalarda qeydiyyatdan keçən və naməlum şirkətlərə məxsus nəqliyyat və sənaye müəssisələri infrastrukturuna kapital qoyuluşunun “xidmətidir”.

2005-ci illə müqayisədə (böyük neft dollarlarının axınının əvvəli) 2013-cü ildə dövlət büdcəsinin xərclərində investisiya layihələrinin xüsusi çəkisi 43,2 dəfə artıb. Müqayisə üçün - bu müddət ərzində təhsilə dövlətin maliyyə yatırımları 3,9 dəfə, səhiyyəyə - 5,4 dəfə, elmə - 4,3 dəfə artıb.

Ölkə rəhbərliyinin dünya bazarında neftin qiymətindən asılı olan dövrü siyasəti həm iqtisadiyyat, həm də cəmiyyət üçün zərərlidir. O xarici borclarla bağlıdır. Belə ki, bu ilin yanvarın 1-ə olan vəziyyətə görə Azərbaycanın xarici borcu 5 mlrd 753,2 mln manat (ÜDM-in 8,2%) və bu rəqəm artır. Maliyyə Nazirliyinin məlumatına görə, adambaşına düşən xarici borc ötən ilin sonuna $639 təşkil edib.

Qubad İbadoğlu hesab edir ki, xarici borclar iqtisadiyyatın dayanıqlığına yönəldiləndə faydalıdır. Dövlətin beynəlxalq donorlarla (BVF, Dünya Bankı, AYİB, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Çexiya bank konsorsiumu, Yaponiyanın beynəlxalq əməkdaşlıq agentliyi, Almaniya İnkişaf Bankı və s.) birgə layihələri isə “dostluq və qarşılıqlı anlaşmaya” xidmət edir.

Alim xatırladıb ki, hasilat sahəsinin irimiqyaslı layihələri ekologiya və yerli birliklərə mənfi təsir edir. Onlar müəyyən müddətdə məhdud sayda yeni iş yerləri verir, bu zaman onların operatorları tez-tez yerli birliklərə dəstəklə və aşağı gəlirli insanların həyatının yüksəldilməsi ilə bağlı vədlərini unudurlar. Adətən iri investisiya layihələrini müşayiət edən iqtisadiyyatın “yüksəlişləri” əksər hallarda cüzi olur, onların neqativ faktorları isə əhalinin az müdafiə olunan sosial qruplarına qeyri-proporsional böyük zərər vurur. “Neft cəbhəsində” işçilərin əksəriyyəti - xüsusi təhsili və təcrübəsi olan kişilərdi, əhalinin digər qrupları «vətəndaşların rifahı» layihəsindən kənarlaşdırılıb.

Mütəxəssisin fikrincə, real iqtisadiyyatın alternativi yoxdur, ancaq idxalın bütün sahələrində olan korrupsiya və monopoliyanın yaratdığı inflyasiya əhalinin əsas hissəsinin cüzi gəlirlərini yeyir.

Hökumət iqtisadiyyatın diversifikasiyasının zəruriliyini bəyan edir, ancaq onun vədləri və real nəticələr üst-üstə düşmür. Diversifikasiya ilk növbədə biznesin bütün səviyyələrində - hazırlıq dövründən və xammal bazasının yaradılmasından məhsulun istehlakçıya satılmasına qədər rəqabətli mühitin yaradılmasını nəzərdə tutur. Bundan əlavə, iqtisadiyyatın əsasında məmur oliqarxların deyil, kütləvi sahibkarlığın maraqları olmalıdır. İşdə isə hər şey yekun istehlakçıya qarşı çevrilir.

Normal ölkələrdə hökumətlər neft gəlirlərini insan kapitalına və innovasiyalara yatırır, xaricdə oxuyan yerli tələbələr isə bütün doğru və yalanlarla xaricdə qalmaq istəyir, nəticədə Dövlət Neft şirkətinin pulları havaya xərclənir. Dünyanın elm, maşınqayırma, təyyarə istehsalı, kosmonavtika mərkəzlərində xeyli sayda azərbaycanlı aparıcı mütəxəssis işləyir, onlar burda yaradılan normal şəraitdə işləyə bilərdi. Bu faktor dövlətə nəinki tolerantlıqla və qədim mədəniyyət mənbələri ilə fəxr etməyə, həm də bir neçə on illik ərzində real inkişaf etməyə imkan verərdi.

Alimin sözlərinə görə, neft kapitalının böyük hissəsi Bakının və onun ətrafının inkişafına xərclənir, yerli mütəxəssislər regional inkişafa ziyanla paytaxtda oturur, bu da əhalinin kəndlərdən məqsədyönlü axınına səbəb olur.

Ölkənin təkcə xammal mənbəyi (neft hasil edən subyektlərin vergi tutulması və gömrük xərcləri nəzərə alınmaqla ölkənin büdcə daxilolmalarının 75-80% karbohidrogen hesabına formalaşır) olmaması üçün zəmin var.

Ötən illərin təcrübəsi göstərir ki, burda təkcə dünyada tələbatın olduğu neft avadanlığı deyil, həm də məişət texnikası, mebel, geyim, ayaqqabı, geniş çeşidli ərzaq və iqtisadiyyatın real sektorunun digər atributlarını istehsal etmək olar, İbadoğlu vurğulayıb.