Accessibility links

Cəmil Həsənli: Xalqın hakimiyyəti formalaşdırmaq haqqını özünə qaytaracağıq [Video]


Cəmil Həsənli Milli Şuranın sessiyasında çıxış edib
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Cəmil Həsənli Milli Şuranın sessiyasında çıxış edib

O, iqtidarın siyasətini kəskin tənqid edib

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli Milli Şuranın sentyabrın 3-də keçirilən sessiyasındakı çıxışında iqtidarı kəskin tənqid edib.

O ilk öncə Azərbaycanda iqtidarın namizədinin xeyrinə təbliğat aparıldığını bildirib. Həsənlinin fikrincə, prezidentin regionlara səfəri ilə bağlı saatlarla reportajlar verilməsi təbliğatdır.

Milli Şuranın vahid namizədi həmçinin seçkiqabağı dövrdə əmək haqlarının 10 faiz qaldırılması ilə bağlı prezidentin sərəncamlar imzalamasını da dövlət resurslarından təbliğat məqsədi ilə istifadə kimi qiymətləndirib.

“Mən əmək haqlarının artırılmasının əleyhinə deyiləm. Azərbaycan xalqı daha yüksək yaşayış səviyyəsinə layiqdir. Amma əmək haqları seçki elan edilməmişdən daha öncə artırılmalı idi və daha çox artırılmalı idi. Qeyri-neft ölkələrində əmək haqları Azərbaycandan daha çoxdur. Gürcüstan buna misaldır”, o qeyd edib.

Cəmil Həsənlinin fikrincə, Azərbaycan neftindən Azərbaycan xalqından başqa hamı varlanıb.

“Neft gəlirləri artdıqca seçki hüququ məhdudlaşıb. Əgər, əvvəllər seçkilərdə təbliğat dövrü altmış gün idisə, indi cəmi 21 gündür. Ötən prezident seçkilərində seçkilərə 4 ay əvvəl start verildirdi, indi bu müddət iki aya endirilib. Çünki, Azərbaycan hakimiyyətinin səsə ehtiyacı olmadığı üçün, səs verəcək vətəndaş qarşısında təbliğata da ehtiyacı yoxdur. Azərbaycan hakimiyyəti vətəndaşa deyil, Mərkəzi Seçki Komissiyasına ümid bağlayır. Bütövlükdə azad, demokratik, ədalətli seçki vəd edən bir hakimiyyət Mərkəzi Seçki Komissiyasının və bütün digər seçki komissiyalarının paritet əsasla quqrlmasına şərait yaratmalı idi. Biz feodal məntiqi ilə üzləşmişik”, o qeyd edib.

Milli Şuranın vahiud namizədi Azərbaycan konstitusiyasının birinci maddəsinin - hakimiyyətin xalq tərəfindən formalaşdırlması hüququnun xalqın əlidnən alındığını deyib.

"Bir növ xalqa mənsub olan hakimiyyət mənimsənilib.Qarşımızda duran ən böyük vəzifə xalqın hakimiyyəti formalaşdırmaq haqqının özünə qaytarılmasıdır".

Həsənli ölkədəki 5 milyon seçicinin iki milyondan çoxunun Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdə yaşadığını bildirib.

"Bunun hesabını kim aparıb ki, nə qədər vətəndaşımız yaşayış yerini müvəqqəti dəyişib, ölkədən xaricdə yaşayır",

O iqtidarın Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı apardığı siyasəti də kəskin tənqid edib.

Həsənli həmçinin son zamanlar El Hərəkatına qarşı təzyiqləri və Klassik Xalq Cəbhəsinin qərargahına hücumu pisləyib.

Onun fikrincə Azərbaycan hakimiyyətinin siyasətində ədalətlilik yoxdur.

"Mal hallallığı, can halallığı, səs hallalığı yoxdur. Ədalət yoxdur.Yaşadığımız dövrdə əhalimizin ləyaqətli həyat haqqına, cəmiyyətimizin ədalət prinsiplərinə böyük ehtiyacı var. Biz bu inamı doğrultmağa çalışacağıq".
XS
SM
MD
LG