Accessibility links

Cəmil Həsənli Milli Şuranın sessiyasında çıxış edib


Cəmil Həsənli Milli Şuranın sessiyasında çıxış edib
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli Milli Şuranın sentyabrın 3-də keçirilən sessiyasındakı çıxışında iqtidarı kəskin tənqid edib. O ilk öncə Azərbaycanda iqtidarın namizədinin xeyrinə təbliğat aparıldığını bildirib. Həsənlinin fikrincə, prezidentin regionlara səfəri ilə bağlı saatlarla reportajlar verilməsi təbliğatdır. Milli Şuranın vahid namizədi həmçinin seçkiqabağı dövrdə əmək haqlarının 10 faiz qaldırılması ilə bağlı prezidentin sərəncamlar imzalamasını da dövlət resurslarından təbliğat məqsədi ilə istifadə kimi qiymətləndirib. “Mən əmək haqlarının artırılmasının əleyhinə deyiləm Azərbaycan xalqı daha yüksək yaşayış səviyyəsinə layiqdir. Amma əmək haqları seçki elan edilməmişdən daha öncə artırılmalı idi və daha çox artırılmalıdır. Neft ölkəsi olmasına baxmayaraq qeyri-neft ölkələrində əmək haqları Azərbaycanla müqayisədə daha çoxdur. Gürcüstan buna misaldır”, o qeyd edib.

XS
SM
MD
LG