Qərb qüdrətləri Suriyaya qarşı BMT sanksiyaları tətbiq etmək istəyirlər

  • Asgar Asgarov

Qərb qüdrətləri Suriyaya qarşı BMT sanksiyaları tətbiq etmək istəyirlər

Qərb dövlətləri BMT Təhlükəsizlik Şurasında Suriya prezidenti Bəşar əl-Əsəd və onun yaxın çevrəsinə qarşı sanksiyaların tətbiqinə çağıran qətnamə layihəsi yayıblar.

Sanksiyalar haqda təklif Dəməşqin demokratiya təmayüllü nümayişlərə basqılarına cavab olaraq təqdim olunub. BMT bu basqılar nəticəsində 2200 mülki vətəndaşın həlakolduqlarını deyir.

Şurada təmsil olunan ABŞ və Avropa nümayəndə heyətləri tez bir zamanda qətnamə layihəsini səsverməyə qoymaq istəyirlər. Lakin veto hüququna malik olan Rusiya Dəməşqə qarşı sanksiyaların hələlik düzgün yanaşma olduğuna əmin olmadığını israr edir.