Qlobal maliyyə marketlərində Vaşinqton razılığı alqışlanıb

Qlobal maliyyə marketlərində Vaşinqton razılığı alqışlanıb

Qlobal maliyyə marketlərində Vaşington razılığı alqışlanıb. Amerika, Asiya və Avropa bazarlarında bu gün dirçəliş müşahidə edilib. Bir unsiyası 1612 dolar olan qızılın qiyməti 15 dollar ucuzlaşıb. Qızıl iqtisadi böhranlar zamanı adətən investorlarının sığınacaq sahəsi olur. Qiymətlərin düşməsi iqtisadi gərginliyin zəifləməsinə işarədir. Bütün bunlarla yanaşı, borc böhranına görə, gələcək məsrəflərin qeyri-müəyyənliyi və investorlar arasında hökm sürən təşvişə görə Amerikanın qiymətli kağızlarının dəyər itirəcəyi gözlənilir.