Accessibility links

Avropada maliyyə böhranı intihar hallarının sayını artırıb


Avropada maliyyə böhranı intihar hallarının sayını artırıb
Avropada maliyyə böhranı intihar hallarının sayını artırıb

Bir qrup Avropa tədqiqatçısı 2008-ci il qlobal maliyyə böhranı zamanı bir neçə Avropa ölkəsində intihar hallarının sürətlə artdığını müəyyən ediblər. Tədqiqatların nəticələri bu gün `The Lancet` tibb jurnalında dərc olunub. Orada deyilir ki, 2007-ci ildən əvvəl enməkdə olan intihar hallarının faizi böhrandan sonra artmağa başlayıb.

Artım əsasən iqtisadi böhrandan ən çox zərər çəkmiş iki Avropa ölkəsi - Yunanıstan və İrlandiyada müşahidə olunub. 2007-ci illə müqaisədə 2009-cu ildə Yunanıstanda intihar halları 17 faiz, İrlandiyada isə 13 faiz artmışdır. 10 ölkədə aparılmış araşdırmalar yalnız Avstriyada böhran zamanı intihar hallarının həcmində 5 faiz azalma müşahidə edib.

XS
SM
MD
LG