Dekabrın 10-da Türkiyənin Qars şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
Türkiyə mediasının məlumatına görə, Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Gürcüstan XİN rəhbəri Beruçaşvili üçtərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
Öz növbəsində, Çavuşoğlu yerli KİV-lərə bildirib ki, tərəflər TANAP və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər.