Əbubəkir Məscidi Dini İcmasının imam camaatının Amerikanın Səsinə müsahibəsi
“Əbubəkir Məscidi” Dini İcmasının imam camaatı Qamət Süleymanov Amerikanın Səsinə müsahibəsində Azərbaycandan olan insanların Suriyaya getməsinin səbəbləri, Suriyada həlak olanların təxmini sayı, dini radikalizmin təhlükələrindən danışıb.
Qamət Süleymanov Suriyada Azərbaycan vətəndaşlarının döyüşdüyünü və orada ölənlərin olduğunu təsdiq edib. “Azərbaycandan Suriyada döyüşənlər və hazırda da oraya getmək istəyənlər var”.
Onun fikrincə, bəzi media orqanlarında Suriyada ölən azərbaycanlıların sayının 100 nəfərdən çox olması ilə bağlı yayılan məlumatlar doğru deyil.
“Mənə elə gəlir ki, bu rəqəm çox şişirdilib. Amma, Suriyada öldürülən azərbaycanlıların sayının 50 nəfər olduğunu demək olar”.
Süleymanov hesab edir ki, Azərbaycanda insanların dini radikalizmə cəlb edilməsinin daxili və xarici səbəbləri var.
“Xarici səbəbləri müsəlman ölkələrində çoxsaylı insanların müharibə və münaqişələr nəticəsində öldürülməsidir. Dini radikallar bunları görüb, müsəlmanlara kömək edəcəyi düşüncəsi ilə bu ölkələrə gedir. Daxili səbəblərə gəlincə, dindarların sıxışdırılması, bəzi məscidlərin bağlanması, dinə zidd hərəkətlərin artması radikal qüvvələrin bu amillərdən istifadə edərək insanları ələ ala bilməsinə yol açır”.
Onun fikrincə, Azərbaycanda da dini radikalizmi dəstəkləyənlər var.
“Ancaq həmin insanlar hələ radikal qruplar şəklində görsənmir. Bu təşkilatlar gizli fəaliyyət göstərir, indiki anda özlərini izhar etmir. Sumqayıtda da (Bakıdan 32 kilometr şimal. Burada ötən ilin dekabrında dini qrup üzvləri arasında atışma baş verib, yaralananlar olub - red) eyni insanlar idi. Sadəcə fikir ayrılığına görə bir-birinə silah çıxarmışdılar. Bu onlarda normal haldır. Mənə qarşı da, Əbubəkir məscidinə qarşı da terror olub. Sadəcə biz onların fikri ilə razı deyilik. Kim onların fikri ilə razı deyil, həmin şəxsləri müsəlman saymırlar. Həmin adamları öldürməyə layiq bilirlər. Belə bir təhlükəli fikirdədirlər ”.
İcma rəhbəri bildirib ki, xarici ölkələrdə, o cümlədən Suriyada olan azərbaycanlı dini radikallar ölkəyə qayıtdıqdan sonra öz fikirlərini yaymağa başlayacaqlar.
“Bu müəyyən qədər problem yarada bilər. Amma böyük problem yaradacaqlarına inanmıram”.
Qamət Süleymanov xarici ölkələrdə döyüşən dini radikalların Azərbaycana qayıdaraq daxili qanunvericiliyə uyğun yaşamalarını, öz dinlərinə qulluq etmələrini məsləhət bilir.
“Onların Suriya və digər ölkələrə getməsi nəyi isə həll etmir. Əksinə həmin ölkələrin əhalisi üçün böyük problemlər yaradır. Bu insanlar öz ölkəsinə qayıdıb daxili qanunvericiliyə əməl etməklə yaşamalı, dinlərinə, valideynlərinə və ailələrinə qulluq etməlidirlər”, o qeyd edib.
Qamət Süleymanov Suriyada Azərbaycan vətəndaşlarının döyüşdüyünü və orada ölənlərin olduğunu təsdiq edib. “Azərbaycandan Suriyada döyüşənlər və hazırda da oraya getmək istəyənlər var”.
Azərbaycandan Suriyada döyüşənlər və hazırda da oraya getmək istəyənlər var.
“Mənə elə gəlir ki, bu rəqəm çox şişirdilib. Amma, Suriyada öldürülən azərbaycanlıların sayının 50 nəfər olduğunu demək olar”.
Süleymanov hesab edir ki, Azərbaycanda insanların dini radikalizmə cəlb edilməsinin daxili və xarici səbəbləri var.
“Xarici səbəbləri müsəlman ölkələrində çoxsaylı insanların müharibə və münaqişələr nəticəsində öldürülməsidir. Dini radikallar bunları görüb, müsəlmanlara kömək edəcəyi düşüncəsi ilə bu ölkələrə gedir. Daxili səbəblərə gəlincə, dindarların sıxışdırılması, bəzi məscidlərin bağlanması, dinə zidd hərəkətlərin artması radikal qüvvələrin bu amillərdən istifadə edərək insanları ələ ala bilməsinə yol açır”.
Onun fikrincə, Azərbaycanda da dini radikalizmi dəstəkləyənlər var.
Ancaq həmin insanlar hələ radikal qruplar şəklində görsənmir. Bu təşkilatlar gizli fəaliyyət göstərir, indiki anda özlərini izhar etmir.
İcma rəhbəri bildirib ki, xarici ölkələrdə, o cümlədən Suriyada olan azərbaycanlı dini radikallar ölkəyə qayıtdıqdan sonra öz fikirlərini yaymağa başlayacaqlar.
“Bu müəyyən qədər problem yarada bilər. Amma böyük problem yaradacaqlarına inanmıram”.
Həmin adamları öldürməyə layiq bilirlər. Belə bir təhlükəli fikirdədirlər.