ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov bu ay keçiriləcək Suriyada sülh danışıqlarını planlaşdırmaq üçün Fransa paytaxtı Parisdə görüşürlər. Ancaq onlar danışıqlarda İranın dəvət olunub-olunmaması barədə hələlik razılığa gələ bilməyib.
Beynəlxalq vasitəçi Laxdar Brahimi deyib ki, o, Suriyanın ən yaxın müttəfiqi İranın danışıqlara dəvət edilməsini dəstəkləyir. Cənab Brahimi deyib ki, İran regionda çox vacib ölkədir və danışıqlarda iştirak etməlidir. Suriya hökuməti də danışıqlarda İranın iştirakının tərəfdarıdır.
ABŞ bildirib ki, İran "ortaq maraqlarla" Suriyada keçid hökumətinin qurulmasını dəstəkləməlidir. Ancaq Suriya prezident Bəşar Əl-Əsəd istefa verməmiş belə bir hadisənin baş verməsi real görünmür.