Accessibility links

Suriyanın dostları qrupu Cenevrə konfransının sülhün yeganə yolu olduğunu bildirir


Fransanın Xarici İşlər naziri Loren Fabiusun bildirdiyinə görə, “Suriyanın dostları” qrupuna daxil olan ölkələrin nazirləri Parisdə keçirilən görüşdə Suriyada böhranın siyasi həllinə gələn həftə Cenevrədə planlaşdırılmış sülh danışıqları ilə nail olmaq məsələsindı razılıq əldə ediblər.

Fransanın baş diplomatı Qərb və İran körfəzi regionunun Suriya müxalifətini dəstəkləyən 11 ölkəsinin daxil olduğu qrupun adından danışıb. O bildirib ki, qarşıdan gələn konfransın məqsədi Suriyada icraedici hakimiyyətin bütün səlahiyyətlərinin verildiyi müvəqqəti hömumətin təşkilindən ibarətdir.

Lakin Loren Fabiusla birgə danışan aparıcı müxalifət qrupu olan Suriya Milli Koalisiyasının prezidenti Əhməd Əl-Carba qrupun Cenevrə 2 danışıqlarına qatılacağı haqda bir söz deməyib.

Suriya Milli Koalisiyasında konfransda iştirakla bağlı dərin fikir ayrılıqları mövcuddur. Koalisiya qərarını yanvarın 17-də elan edəcəyini bildirib.
XS
SM
MD
LG