Pakistanda baş verən yolkənarı bomba partlayışı əsgərlərin ölümünə səbəb olub

Pakistanda baş verən yolkənarı bomba partlayışı əsgərlərin ölümünə səbəb olub

Pakistan rəsmilərinin bildirdiyinə görə, ölkənin şimal-qərbində, Əfqanıstanla sərhəddə yol kənarına yerləşdirilmiş bombanın partlaması iki əsgərin ölümünə səbəb olub. Rəsmilər əsgərlərin patrol maşınının bu gün qəbilələrin yaşadığı Cənubi Vəziristanın Ladha şəhəri yaxınlığında partladığını deyirlər. Cənubi Vəziristan Pakistandakı Əl-Qaida təşkilatının istehkamı kimi tanınır.

Bazar ertəsi Pakistanın kəşfiyyat rəsmiləri ABŞ-ın pilotsuz təyyarəsinin Vana yaşayış məntəqəsi yaxınlığında yaraqlılara məxsus olunduğundan şübhələnilən maşını hədəf aldığını və nəticədə 4 yaraqlının öldüyünü bildirmişdi.

.