Accessibility links

Pakistanda amerikalı oğurlanıb


Pakistanda amerikalı oğurlanıb
Pakistanda amerikalı oğurlanıb

Pakistan polisi bildirir ki, səkkiz silahlı şəxs ABŞ vətəndaşını Lahordakı evindən oğurlayıblar.

ABŞ səfirliyi oğurlanmış amerikalını Vorren Vaynstayn kimi müəyyən edib. 60 yaşlarında olan Vaynstayn ABŞ-da qərargahlanan J.E. Austin Associates konsaltinq şirkətinin Pakistandakı direktorudur.

Polis öyrənib ki, Vaynstayn Pakistan haqda kitab yazlbmış və o, ölkəni bazar ertəsi tərk etməyi planlaşdırırdı. O, paytaxt İslamabaddan Lahora yenicə qayıtmışdı.

Konsaltinq şirkəti bildirir ki, Vaynstayn beynəlxalq inkişaf proqramlarında 25 ildir ki, çalışır. Onun beynəlxalq hüquq və iqtisadiyyat üzrə elmlər doktoru dərəcəsi var.

XS
SM
MD
LG