Pakistanda məhkəmə sabiq prezident Pərviz Müşərrəfin ölkədəki əmlakının müsadirəsi və bank hesablarının dondurulması haqda hökm çıxarıb.
Cənab Müşərrəf 2008-ci ildə impiçment hədəsi altında istefa verdikdən sonra hazırda Dubay və Londonda yaşayır.
Pakistanda o, 2007-ci ildə sabiq baş nazir Benəzir Bhuttonun qətli ilə bağlı axtarışdadır. Prokurorlar cənab Müşərrəf üçün bir neçə dəfə xanım Bhuttonu adekvat təhlükəsizlik xidməti ilə təmin etmədiyinə görə həbs orderi çıxarıblar.
Cənab Müşərrəf siyasi rəqibinə qarşı qəsd təşkil etməsi haqda ittihamları rədd edib.