Pakistan prezidenti gərgin vaxtda ölkəni tərk edib

  • Amerikanın səsi

Pakistan prezidenti gərgin vaxtda ölkəni tərk edib

Pakistan prezidenti Asif Əli Zərdari ölkəsində mülki hökumətlə hərbçilər arasında baş qaldıran gərginliyin artdığı bir zaman bu gün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb. Rəsmilər cənab Zərdarinin Dubaya Pakistandakı böhranla bağlı deyil, toya getdiyini bildirmişlər.

Cənab Zərdarinin əmirliklərə səfəri ordu komandanı, general Əşfaq Pərviz Kəyaninin yüksək səviyyəli komandirlərlə görüşdüyü günə təsadüf edir.

Hökumətlə ordu arasında gərginlik deyilənlərə görə Pakistanda baş verəcək hərbi çevrilişin qarşısının alınması üçün Pakistanın hökumətinin ABŞ-dan yardım istəməsindən sonra baş qaldırıb. İmzalanmamış memorandumda Pakistan səfiri Vaşinqtona yardım üçün müraciət etmişdi.

Pakistan ali məhkəməsi həmin memorandum üzərində təhqiqat aparır.