Ürəyini müayinə etdirmək üçün Dubaya gedən, lakin istefaya getdiyi barədə şayiələr yayılan Pakistan prezidenti Asif Əli Zərdari hal-hazırda səhhətinin yaxşı olduğunu və tezliklə vətənə dönəcəyini deyib. Prezident Asi Əli Zərdari ilə telefonla müsahibə aparan GİO televiziyasının müxbiri prezidenin verdiyi bəzi şərhləri açıqlayıb. Cənab Zərdari düşmənlərinin yenidən məyus olacağını bildirib. Bu həftənin əvvəlində cənab Zərdarinin sözçüsü prezidentin istefaya getdiyi barədə şayiələri təkzib edərək, onun ürəyini müayinə etmək üçün Dubaya getdiyini bildirmişdi.
Pakistan prezidenti səhhətinin yaxşı olduğunu və tezliklə vətənə dönəcəyini deyir
- Amerikanın səsi