Pakistanda əl-Qaidənin yüksək səviyyəli rəsmisi həbs edilib

  • Amerikanın səsi

Yunus əl-Mavritani

Pakistan hərbi qüvvələri ABŞ kəşfiyyat agentliklərinin köməyilə keçirilən əməliyyat zamanı əl-Qaidənin iki yüksək səviyyəli rəsmisi və terrorçu qrupun daha iki üzvünün həbs edildiyini bildirir. Ordunun açıqladığı bəyanatda yüksək səviyyəli əl-Qaidə rəsmisinin Üsəman bin Ladenin Birləşmiş Ştatlar, Avropa və Avstraliyanın maraqlarını təmsil edən obyektlərə hücumlar təşkil etməyi tapşırdığı Yunus əl-Mavritani olduğu bildirilir. Saxlanılan daha iki şəxsin kimliyi barədə məlumat açıqlanmayıb. Hərbi qüvvələr əmliyyatın ölkənin cənubunda Quettada keçirildiyi bildirib, lakin əməliyyatın vaxtı haqda məlumat verməyib. Birləşmiş Ştatlar may ayında ABŞ-ın xüsusi təyinatlı qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı bin Ladenin qətlə yetirilməsinən sonra əl-Qaidəyə qarşı kifayət qədər iş görmədiyinə görə Pakistan hökumətinə təzyiq göstərirdi. Bin Ladenə qarşı həyata keçirilmiş gizli əməliyyat Pakistan və Birləşmiş Ştatlar arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdu. Rəsmi Vaşinqton Pakistanın kəşfiyyat agentliklərinin əl-Qaidə liderinin ölkə ərazisində yaşadığı barədə məlumatı olub-olmadığı haqda suallar qaldırmışdı.