Accessibility links

Pilotsuz təyyarə Pakistanda üç militant öldürüb


Pilotsuz təyyarə Pakistanda üç militant öldürüb
Pilotsuz təyyarə Pakistanda üç militant öldürüb

Pakistan rəsmiləri bildirirlər ki, ABŞ-a məxsus dron şimal-qərb regionundakı maşına bir neçə raket zərbəsi endirərək üç militant şübhəlisini öldürüb.

Rəsmilər dron zərbələrinin Əfqanıstanla həmsərhəd qaynar Cənubi Vəziristan vilayətində həyata keçirildiyini bildiriblər.

ABŞ rəsmiləri Pakistan daxilində dron hücumlarını ictimaiyyət qarşısında etiraf etmirlər, amma özəl formatda bu zərbələrin baş verdiyini təsdiq edirlər. Pakistan liderləri zərbələri ölkə suverenliyinin pozulması kimi qiymətləndirirlər.

Bu yaxınlarda ABŞ admiralı Mayk Mallen Pakistan xüsusi xidmət orqanlarının Haqqani militantlarını dəstəklədiyini bildirib. Admiralın bəyanatı iki ölkə arasındakı münasibətlərdə gərginliyə səbəb olub.

XS
SM
MD
LG