Pakistanın kəşfiyyat rəsmiləri deyirlər ki, hökumət qüvvələri və Taliban militantları Cənubi Vəziristan vilayətində qəzaya uğramış ABŞ dronunun qalıqları üstündə atışıblar.
Rəsmilər Canqara kəndi yaxınılığında baş verən döyüşdə iki militantın öldürüldüyünü və bir əsgərin yaralandığını bildirirlər. Pakistan Talibanı dronu vurub yerə saldığını iddia edir. Amma Pakistan rəsmiləri qəzaya texniki problemin səbəb olduğunu bildiriblər.
Pakistanda dron qəzaları nadir hallarda baş verir. ABŞ bir qayda olaraq dron əməliyyatları haqda ictimaiyyətə məlumat vermir.