Prezident Barak Obama Keniya və Efiopiyaya tarixi səfəri zamanı Afrikada fövqəladə tərəqqini xüsusi qeyd edib. Lakin Amerika lideri bildirib ki, bu tərəqqi inkişaf və demokratiyanın sayəsində davam edə bilər. Bu tarixi səfər zamanı ABŞ prezidenti Afrika liderlərinə mesajlarını çatdırıb.
“Mən sizin qarşınızda fəxrlə bir amerikalı kimi dayanmışam. Mən həm də burada Afrikanın oğlu kimi durmuşam.”
Bu sözlərlə Afrika Birliyi qarşısında çıxış edən ilk Amerika prezidenti olan Barak Obama qitənin davamlı iqtisadi inkişafı və tərəqqisində şəxsən də maraqlı olduğunu ifadə etdi.
“Mən sizin qarşınızda fəxrlə bir amerikalı kimi dayanmışam. Mən həm də burada Afrikanın oğlu kimi durmuşam.”-ABŞ prezidenti Barak Obama
“Afrikanın yoxsulluq və münaqişələr qitəsi olduğu haqda uzun zamandır mövcud stereotipləri kənara qoymaq vaxtıdır. Dünya Avrikanın fövqəladə tərəqqisini tanımalıdır.”
Cənab Obama Afrika qitəsində HİV/QİÇS xəstəliyinə yoluxma halları və yoxsulluq səviyyəsinin azaldılması, eyni zamanda ABŞ-ın ticarətin genişləndirilməsi, ərzaq təhlükəsizliyi və infrstrukturun yaxşılaşdırılmasında rolunu qeyd etdi.
Cənab Obama qitədə ən çox investisiya qoyulaşları edən Çinin adını çəkmədən Afrikaya investisiya məsələsində ABŞ-ın özəl yer tutduğundan danışdı.
“İqtisadi münasibətlər sadəcə ölkələrin infrastrukturunun xarici işçi qüvvəsi ilə yaradılması, ya da Afrikanın təbii ehtiyalarının istismar edilməsi ilə bitmir. Əsl iqtisadi əməkdaşlıq Afrika üçün yaxşı sövdələşmə olmalıdır, bu əməkdaşılq afrikalılar üçün iş yerləri və imkanların yaradılması deməkdir.”
"Əsl iqtisadi əməkdaşlıq Afrika üçün yaxşı sövdələşmə olmalıdır, bu əməkdaşılq afrikalılar üçün iş yerləri və imkanların yaradılması deməkdir.”-ABŞ prezidenti Barak Obama
Lakin Amerika lideri qitədə tərəqqinin “zəif əsaslar üzərində” dayandığı ilə bağlı xəbərdarlıq edərək, milyonlarla afrikalının lazımi infrastrukturdan istifadə etmək imkanı olmadığı halda, onun sözlərilə,” korrupsiya xərçənginin” yaratdığı çətinliklər içində və yoxsulluq şəraitində yaşadığını deyib.
Cənab Obamanın Afrikada tərəqqinin rəsmi seçkilər çərçivəsindən çox geniş mənada demokratiyadan asılı olduğu haqda dedikləri böyük rəğbətlə qarşılanıb.
“Jurnalistlər öz peşə vəzifələrini yerinə yetirərkən dəmir qəfəs arxasına salınanda, ya da hökumətlər vətəndaş cəmiyyətini təqib edəndə fəalların hədələndiyi zaman sizdə demokratiya sözdədir, mahiyyətcə o yoxdur.”
“Jurnalistlər öz peşə vəzifələrini yerinə yetirərkən dəmir qəfəs arxasına salınanda, ya da hökumətlər vətəndaş cəmiyyətini təqib edəndə fəalların hədələndiyi zaman sizdə demokratiya sözdədir, mahiyyətcə o yoxdur.”-ABŞ prezidenti Barak Obama
Cənab Obama hakimiyyət müddətinin başa çatmasının yaxınlaşdığını qeyd edərək deyib ki, o, vəzifə müddəti başa çatanda hakimiyyətdən getmək istəməyən Afrika liderlərini başa düşə bilmir.
“Konstitusiyaya görə mən bir də namizədliyimi irəli sürə bilmərəm. Mən bir də seçkiyə qatıla bilmərəm. Mən əslində özümün yaxşı prezident olduğunu düşünürəm. Seçkiyə qatılsam, mən qələbə çalaram. Amma mən bunu edə bilmərəm.”
"Seçkiyə qatılsam, mən qələbə çalaram. Amma mən bunu edə bilmərəm.”-ABŞ prezidenti Barak Obama
Prezident Obama Afrika liderləri qarşısında çıxışında qadın və qızlara imkanların artırılmasına çağırıb.
O deyib ki, insan hüquqlarına, bərabərlik və bütün insanların ləyaqətinə hörmət tərəqqiyə v təkcə Afrika deyil, bütün dünyada imkanlara aparan əsl yoldur.